"Milan" üçüncü forma komplektini təqdim etdi (FOTO)

"Milan" 2019-20 mövsümündə istifadə edəcəyi üçüncü formasını təqdim edib.

"Puma" şirkəti tərəfindən hazırlanan formada ənənəvi qırmızı-qara rənglərə üstünlük verilib.

Ötən mövsüm 68 xal toplayan "Milan" İtaliya A Seriyasını beşinci sırada bitirmişdi. İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əsasən, "rossonerilər" yeni mövsümdə avrokuboklarda iştirakdan məhrum edilib.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR