"Milan" və "Roma" 19 yaşlı futbolçu uğrunda mübarizə aparırlar

"Everton"un hücumçusu Moyze Kin yanvarda komandadan ayrılmaq istəyir.

"La Gazzetta dello Sport"un xəbərinə görə, "Milan" və "Roma" Kinlə yaxından maraqlanırlar. Hər iki klub qış "transfer pəncərəsi"ndə 19 yaşlı futbolçunu icarəyə götürməyi planlaşdırır.

Kin yayda 27,5 milyon avro qarşılığında "Yuventus"u "Everton"a dəyişmişdi. Mersisayd klubunun forması ilə 11 matçda meydana çıxan forvardın aktivində 1 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR