"Milan" yanvarda Memfis Depayı transfer etmək istəyir

"Lion"un hücumçusu Memfis Depay karyerasını İtaliyada davam etdirə bilər.

"Calciomercato"nun xəbərinə görə, Depay "Lion"la müqaviləsini yeniləmək niyyətində deyil və rəhbərliyi bu barədə məlumatlandırıb. "Milan" qış "transfer pəncərəsi" dövründə hollandiyalı futbolçunun transferini reallaşdırmaq istəyir. "Rossonerilər" rəsmi danışıqlara başlamayıb. "Lion"un minimum 60 milyon avro tələb edəcəyi gözlənilir.

Depay 2016-17 mövsümünün gedişində "Lion"a keçib. Onun hazırkı müqaviləsi 2021-ci ilə kimi nəzərdə tutulub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR