"Milan" yeni baş məşqçisini açıqladı (FOTO)

"Milan"ın yeni baş məşqçisi müəyyənləşib.

Klub saytında yerləşdirilən məlumata görə, "rossonerilər"i Marko Campaolo çalışdıracaq. Onunla 2 illik müqavilə imzalanıb. Ehtiyac yaranarsa, saziş daha 1 il müddətinə uzadıla bilər.

Campaolonun illik məvacibi 2 milyon avro təşkil edəcək. İyulun 1-dən etibarən 51 yaşlı mütəxəssis işinin icrasına başlayacaq.

Marko Campaolonun son iş yeri "Sampdoriya" olub.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR