"Milan"ın futbolçusu Zlatan İbrahimoviç Avroliqanın 1/8 final mərhələsində "Mançester Yunayted"lə hər iki oyunu buraxacaq.
Sport7.az xəbər verir ki, buna səbəb isveçli hücumçunun İtaliya çempionatının 24-cü turunda Roma ilə matçda (2:1) zədələnməsidir. 39 yaşlı oyunçu görüşün 56-cı dəqiqəsində əvəzlənib. Onun əzələ zədəsinin olduğu bildirilib.
"Milan"ın İngiltərə klubu ilə ilk oyunu martın 11-də, cavab qarşılaşması ayən 18-də keçiriləcək.
Sport7.az