“Milan”da yeni təyinat

“Milan”da yeni təyinat
"Milan” klubuna yeni baş direktor təyin olunub.
 
Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Səhmdarlar arasında bu gün baş tutan iclasda İvan Qazidisin təyinatı təsdiqlənib. 54 yaşlı xorvatiyalı funksionerlə 2020-ci ilin yayına qədər müqavilə bağlanılıb.

Qazidis ABŞ-ın Peşəkar Futbol Liqasının – MLS-in yaradıcılarından hesab olunur. O, 1994 - 2006-cı illərdə MLS-də müxtəlif vəzifələrdə çalışıb.

2009-cu ildə İngiltərənin "Arsenal” klubunun icraçı direktoru təyin olunan funksioner bu ilin sentyabrından "Milan” klubunda yer alıb.
 
Sport7.az

Xəbər lenti