"Milan"dan Çalhanoğlu açıqlaması

"Milan” yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamağa yaxındır.

Sport7.az xəbər verir ki, bunu "rossonyerlər”in idman direktoru Riki Massara deyib. O bildirib ki, Türkiyə millisinin üzvü ilə danışıqlar son mərhələdədir: "Oyunçularımızın dəyərinin fərqindəyik və yeni sözləşmələr üçün çalışırıq. Hakan Çalhanoğlu ilə danışıqları yekunlaşdırmaq üzrəyik. Tezliklə onunla münasibətləri rəsmiləşdirəcəyimizə əminik”.

Massara həmçinin qapıçı Canluici Donnarumma ilə danışıq apardıqlarını da söyləyib.

"Milan” Hakan Çalhanoğluya yeni sözləşmə qarşılığında illik 4 milyon avro maaş təklif edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR