"Milan"ın baş məşqçisi postuna əsas namizəd Piolidi - Spalletti "İnter"ə güzəştə getmir

"İnter"in sabiq baş məşqçisi Luçano Spalletti "Milan"ı çalışdırmaya bilər.

Jurnalist Canluka Di Martsionun xəbərinə görə, "rossonerilər" artıq digər alternativləri dəyərləndirməyə başlayıb. Onların arasında, xüsusilə də, daha əvvəl "Fiorentina", "Latsio" və "İnter"i çalışdırmış Stefano Pioli diqqət çəkir. "Sampdoriya" və "Cenoa" Piolinin xidmətində maraqlı olsa da, onun üçün prioritet "Milan"dı.

Spalletti, müqavilə şərtlərini erkən pozduğuna görə, "İnter"dən 5 milyon avro təzminat tələb edir. "Neradzurrilər" isə sözügedən məbləği ödəmək niyyətində deyil. Hazırda proses davam etdiyindən, Spalletti "Milan" variantını dəyərləndirə bilmir.

İtaliyalı çalışdırıcı üçün bu, maliyyədən çox, prinsip məsələsidi. Spalletti "İnter"ə uzunmüddətli layihə üçün dəvət olunsa da, müqaviləsi bitməmiş komandadan göndərilmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR