“Milan”ın bəxtinə “Arsenal” düşdü

“Milan”ın bəxtinə “Arsenal” düşdü
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. 

Sport7.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub. Cütlərin tərkibi "kor püşk"ə əsasən müəyyənləşib.

Komandalar səbətlərə bölünməyib. Yeganə istisna kimi Rusiya və Ukrayna komandaları bir-birilərinə rəqib olmalarına imkan yaradılmayıb. Bu isə iki ölkə arasındakı siyasi münasibətlərin qaydasında olmaması ilə əlaqədardır. 
 
1/8 finalda bu cütlüklər görüşəcəklər: 

"Latsio" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)
"Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya)
"Atletiko" (Madrid, İspaniya) - "Lokomotiv" (Moskva, Rusiya)
MOİK (Moskva, Rusiya) - "Lion" (Fransa)
"Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya)
"Sportinq" (Portuqaliya) - "Viktoriya" (Plzen, Çexiya)
"Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya)
"Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)

Oyunlar martın 8-də və 15-də keçiriləcək. İlk görüşlər adları birinci göstərilən komandaların meydanındadır.

Sport7.az
 

Xəbər lenti