"Milan"ın iki futbolçusu koronavirusa yoluxdu

"Milan"ın iki oyunçusu koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Qapıçı Canluici Donnarumma və hücumçu Yens Haugenin testi müsbət çıxıb. Hər iki oyunçuda xəstəliyin əlamətləri aşkarlanmayıb. Onlar dərhal təcrid olunublar. "Milan"ın digər futbolçularının analiz nəticələri isə mənfi olub.

Hauge oktyabrın əvvəlində "Milan"a keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR