"Milan"in sahibi dəyişdi - Kreditə görə...

"Milan" klubunun rəhbərliyi dəyişib.

Sport7.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb. 

Xəbərə görə, klub Amerikanın "Elliot Management" hedge-fondunun nəzdinə keçib.

"Milan" sahibi olan çinli biznesmen Li Yonxonq bu fonda olan kredit borclarını ödəyə bilmədiyi üçün klubun kontrolu "Elliot Management"ə keçib. 

Qeyd edək ki, amerikanların İtaliya klubuna 50 milyon avro qoyacağı bildirilir. 
 
Sport7.az

Xəbər lenti