Millətlər Liqası: Braziliya İtaliyaya set vermədi, Türkiyədən sürpriz məğlubiyyət

Millətlər Liqası: Braziliya İtaliyaya set vermədi, Türkiyədən sürpriz məğlubiyyət

Qadın voleybolçuların Millətlər Liqasında 13-cü turun görüşləri keçirilib.

Günün mərkəzi oyunu liderlər qrupunda qərarlaşan Braziliya və İtaliya milliləri arasında oynanılıb. Cənubi amerikalılar set vermədən rəqiblərini üstələyib. Türkiyə yığması gözlənilmədən Belçikaya uduzub. ABŞ Rusiyaya, Çin isə Almaniyaya şans verməyib. Hər iki matç birincilərin 3:0 hesablı qələbəsilə yekunlaşıb.


Millətlər Liqası

13-cü tur

Yaponiya - Polşa - 1:3 (23:25, 23:25, 25:19, 22:25)

Bolqarıstan - Serbiya - 3:1 (21:25, 25:21, 25:17, 25:23)

Cənubi Koreya - Dominikan Respublikası - 1:3 (19:25, 25:20, 24:26, 28:30)

Hollandiya - Tailand - 3:0 (25:18, 25:20, 25:16)

Çin - Almaniya - 3:0 (25:19, 25:16, 25:15)

Braziliya - İtaliya - 3:0 (25:21, 25:20, 25:23)

Rusiya - ABŞ - 0:3 (23:25, 17:25, 18:25)

Türkiyə - Belçika - 1:3 (27:25, 24:26, 21:25, 23:25)


Hazırda final mərhələsinə vəsiqə verən "ilk beşlik"də Braziliya, İtaliya, ABŞ, Çin və Türkiyə yığma komandaları qərarlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR