Qadın voleybolçuların Millətlər Liqasında final etapının qrup mərhələsinə yekun vurulub.
A qrupunda Çin İtaliya ilə qarşılaşıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən asiyalılar Türkiyənin ardınca, qrup ikincisi kimi yarımfinala vəsiqəni təmin edib.
B qrupunda yarımfinalda iştirak edəcəkləri əvvəlcədən dəqiqləşən ABŞ və Braziliya yığmaları üz-üzə gəlib. Qarşılaşmadan 3:1 qalib ayrılan şimali amerikalılar qrupu lider kimi tamamlayıb. Braziliya isə ikinci pillənin sahibi olub.
Millətlər Liqası
Final etapı
Çin
A qrupu
Çin - İtaliya - 3:1 (25:17, 25:22, 22:25, 25:22)
B qrupu
ABŞ - Braziliya - 3:1 (25:18, 25:19, 20:25, 25:21)
Yarımfinal görüşləri bu gün keçiriləcək. Bakı vaxtı ilə saat 11:00-da Türkiyə - Braziliya, 15:30-da isə ABŞ - Çin matçı start götürəcək.
Sport7.az