Millimizdən 3 qollu qələbə - YENİLƏNDİ

Millimizdən 3 qollu qələbə - YENİLƏNDİ
Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.

Sport7.az xəbər verir ki, rəqib Latviya yığması olacaq. Riqadakı "Dauqava" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə 19:00-da başlanacaq.

Yığma Qurban Qurbanovun rəhbərliyi altında 6-cı oyununa çıxacaq. Əvvəlki 5 görüşdən 2-si - Belarus (0:1) və Qırğızıstanla (3:0) oyunlar Bakı Olimpiya Stadionunda, Moldova (0:0) və Makedoniya (1:1) ilə oyunlar Türkiyənin Antalya bölgəsindəki "Mardan" stadionunda, Qazaxıstanla (0:3) matç isə "Astana Arena"da baş tutub.

Qurbanovun rəqib həmkarı Miksu Paatelaynenin Latviya yığmasının sükanı arxasında üçüncü yoxlama görüşünə çıxacaq. Bu komanda daha öncə yoldaşlıq görüşü çərçivəsində keçirilən Baltika Kubokunun qalibi olub. Komanda evdə Estoniya yığmasını 1:0 hesabı ilə üstələyib. Səfərdə isə Litva kollektivi ilə heç-heçə edib.

Yoldaşlıq görüşü

9 iyun, 19:00. Latviya – Azərbaycan 1:3
Qollar: Maksim Medvedev, 20 (0:1), Cavid İmamverdiyev, 58 (0:2), Emin Mahmudov, 63 (0:3), Robert Uldriki, 90+2 (1:3)

Azərbaycan: Kamran Ağayev (k.), Pavel Paşayev, Ruslan Abışov, Maksim Medvedev, Ürfan Abbasov, Emin Mahmudov, Qara Qarayev, Cavid İmamverdiyev, Namik Ələskərov, Araz Abdullayev, Ramil Şeydayev
Hakimlər: Denis Şerbakova, Yuri Kromçanka, Andrey Xetsikov (hamısı Belarus), Aleksandr Anufriyev (Latviya)
Riqa. "Dauqava" stadionu

Xatırladaq ki, bu, UEFA Millətlər Liqasından əvvəl Azərbaycan millisinin son yoldaşlıq görüşü olacaq.
 
Qarşılaşma "CBC Sport" vasitəsiylə canlı yayımlanacaq.

Sport7.az
 
 

Xəbər lenti