Millətlər Liqası: Türkiyə və Braziliya yarımfinalda

Millətlər Liqası: Türkiyə və Braziliya yarımfinalda

Qadın voleybolçuların Millətlər Liqasında final etapı davam edir.

A qrupunda İtaliya və Türkiyə milliləri üz-üzə gəlib. "Ay-ulduzlular" set vermədən rəqibini məğlub edib. Bu qələbə sayəsində Türkiyə qrup lideri kimi yarımfinala yüksəlib.

B qrupunda Braziliya Polşa ilə qarşılaşıb. Set hesabında iki dəfə geri düşməsinə baxmayaraq, sonda tay-breykdə sevinən tərəf cənubi amerikalılar olub. Polşa hər iki görüşdə məğlub olduğundan, Braziliya yarımfinala vəsiqəni təmin edib.
 
 
Millətlər Liqası
 
Final etapı

A qrupu

İtaliya - Türkiyə - 0:3 (21:25, 15:25, 21:25)


B qrupu

Braziliya - Polşa - 3:2 (22:25, 25:21, 22:25, 25:19, 15:10)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR