Millətlər Liqasında 4 oyunda 42 qol

Millətlər Liqasında 4 oyunda 42 qol
UEFA millətlər Liqası ilə yanaşı dünən KONKAKAF Millətlər liqasında da bir sıra oyunlar keçirilib.
 
Sport7.az xəbər verir ki, böyüklərin müstəmləkələri altında olan ölkələrin, o cümlədən ada dövlətlərinin də iştirak etdiyi bu yarışda maraqlı və böyükhesablı nəticələr qeydə alınıb. 
 
Belə ki, Kuba yığması evdə Törks və Kaykos adalarının qapısından 11 cavabsız qol keçirib. Kanada yığması isə Vircin Adalarını 8:0 hesablı məğlubiyyətə uğradıb. Hayiti isə doğma meydanda Sent-Martenlə görüşüb. Meydan sahibləri rəqib qapısından nə az nə çox düz 13 cavabsız qol keçirib. Digər kiçik ölkələrə Kuraçao və Qrenada matçında isə 10 qol qeydə alınıb. Bu qolların hamısını məhz Kuraçao vurub.
 
Digər nəticələri də nəzərinizə çatdırırıq.
 
Anquilla - Frenç Qviana 0:5
Antiqa və Barbuda - Sint Lusia 0:3
Beliz - Baham adaları 4:0
Sent Vinsent və Qrenada - Nikaraqua 0:2
Kuba - Törks və Kayos adaları 11:0
Montserrat - El Salvador 1:2
Boneyr - Dominikan Respublikası 0:5 
Vircin adaları - Kanada 0:8
Aruba - Bermud adaları 3:1 
Yamayka - Kayman adaları 4:0
Sent Kitts və Nevis - Puerto Riko 1:0 
Hayiti - Sint-Marten 13:0 
Kuraçao - Qrenada 10:0 

Sport7.az

Xəbər lenti