Millətlər Liqasında VAR-dan istifadə ediləcək

Millətlər Liqasında VAR-dan istifadə ediləcək

Millətlər Liqasının final mərhələsində videotəkrar (VAR) sistemindən istifadə olunacaq.

İlk dəfə UEFA bayrağı altında keçirilən və milli komandaları əhatə edən turnirdə bu yenilik tətbiq ediləcək. Avropanın ali futbol qurumunun rəsmiləri Millətlər Liqasının final mərhələsində iştirak edən yığmaların məşqçiləri ilə bir araya gələrək, onları VAR-ın istifadə qaydaları barədə məlumatlandırıblar.

Millətlər Liqasının final mərhələsi 5-9 iyun tarixlərində keçiriləcək. Həlledici etapda İngiltərə, Portuqaliya, İsveçrə və Hollandiya yığmaları iştirak edəcəklər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR