Portuqaliya Millətlər Liqasının qalibi oldu

Portuqaliya Millətlər Liqasının qalibi oldu

Bu gün UEFA Millətlər Liqasının mükafatçıları müəyyənləşəcək.
 
Sport7.az xəbər verir ki, Portuqaliyada təşkil olunmuş "dördlər finalı"nın həlledici görüşündə meydan sahibləri ilə Hollandiya yığması üz-üzə gəlib. Bu matçda Portuqaliya yığması 1:0 hesablı qələbə qazanıb. Komandanın, eyni zamanda görüşün yeganə qolunu 60-cı dəqiqədə Qonçalo Quedes vurub.

İsveçrə ilə İngiltərə isə 3-cü yer uğrunda oynayıb. Əsas vaxtı 0:0 hesabı ilə bitən matç penaltilər seriyasına qədər uzanıb və burda ingilislər daha dəqiq olub 6:5.

UEFA Millətlər Liqası
 
9 iyun
 
3-cü yer uğrunda görüş 

İsveçrə - İngiltərə 0:0 (penaltilər seriyası - 5:6)
 
Gimaraynş (Portuqaliya), "Estádio D. Afonso Henriques". Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Final

Portuqaliya - Hollandiya 1:0
(Qonçalo Quedes, 60) 

Portu (Portuqaliya), "Estadio do Dragao". Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR