Milli Abilimpiya Federasiyası ilə UNICEF arasında memorandum imzalandı

Milli Abilimpiya Federasiyası ilə UNICEF arasında memorandum imzalandı

Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyası ilə UNICEF-in Azərbaycan nümayəndəliyi arasında anlaşma memorandumu imzalanıb.

Sport7.az xəbər verir ki, bu gün Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyasının (MAF) prezidenti İlqar Rəhimov, UNICEF-in Azərbaycan nümayəndəliyini rəhbəri Edvard Karvardin və Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vada Cüniçi arasında videokonfrans formatında görüş baş tutmuşdur. 

Görüş zamanı Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyası və UNICEF-in Azərbaycan nümayəndəliyi arasında anlaşma memorandumu imzalanıb. Sənədi MAF-nın prezidenti İlqar Rəhimov və UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin imzalayıblar. Memorandum, Milli Abilimpiya Federasiyasının 2020-2024-cü illər üçün Strateji Fəaliyyət Planına töhfə verəcək fəaliyyətin inkişafı və yerinə yetirilməsinə dair müstəsna münasibətləri əhatə edəcək. Memorandum 03 dekabr Beynəlxalq Əlillər Günü ərəfəsində imzalanıb.
 
Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov görüş zamanı bildirdi ki, artıq Federasiya dövlət qeydiyyatından keçmiş və Beynəlxalq Abilimpiya Federasiyasına üzv seçilmişdir. Federasiya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzi, Gənclər və İdman Nazirliyi, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Sosial Təşəbbüslər Mərkəzi və Təhsil Nazirliyinin peşə-təhsil sistemi ilə sıx əməkdaşlıq edəcək. Abilimpiya hərəkatı vasitəsi ilə ölkəmizdə yaşayan əlilliyi olan şəxslər öz peşə bacarıqlarını inkişaf etdirməklə gələcəkdə məşğulluq və özənüməşğulluq proqlamlarında iştirak edəcəklər. Azərbaycanda Abilimpiya Hərəkatı üçün qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi,  eyni zamanda özəl sektoru təmsil edən qurumlar  da daxil olmaqla, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyət göstərmək üçün işlər görüləcək. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali baş komandanı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Vətən müharibəsində iştirak etmiş qazilərin də bu hərəkata cəlb edilməsi ilə bağlı işlər aparılacaq.
 
İ.Rəhimov bildirdi ki, 2021-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək X Beynəlxalq Abilimpiya Çempionatında iştirak edəcək milli komandanın formalaşdırılması məqsədilə yerli yarışların keçirilməsi də nəzərdə tutulub. Bu yarışlarda əlilliyi olan şəxslər 100-dən çox peşə sahələrində öz bacarıqlarını göstərəcəklər.
 
UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin öz növbəsində Milli Abilimpiya Federasiyası ilə əməkdaşlığa böyük önəm verdiyini deyib. Abilimpiya Hərəkatında iştirak etmək üçün uyğun gələn sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələrin məlumat bazası yaradılacaq. Uşaq və gənclərin Abilimpiya bacarıqlarına yönəlmiş fəaliyyətləri hazırlanacaq, təhsil sistemi də daxil olmaqla, sosial məlumatlandırma və ümumiyyətlə sosial inklüzivlik vasitəsilə (ayrı-seçkiliyin aradan qaldırılmasına yönəldilmiş) Azərbaycanda Abilimpiya Hərəkatının təşviqi üzrə birgə maraqların qorunması üçün işlər görüləcək.
 
Səfir Vada Cüniçi öz növbəsində ölkəsinin abilimpiya dəyərlərinə önəm verdiyini bildirib, Azərbaycan Milli Abilimpiya Federasiyası və Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən Beynəlxalq Abilimpiya Federasiyası ilə əlaqələrin qurulmağını vacib hesab edir. V.Cüniçi müxtəlif sahələrdə sosial proqramlar çərçivəsində birgə iş qurulmasını dəstəklədiyini bildirmişdir və Yaponiya səfirliyinin Federasiyanın inkişafı üçün birgə proqramların keçirlməsini və gələn il Yaponiyada baş tutacaq Milli Abilimpiya günlərində MAF-ın nümayəndə heyətinin iştirakını təklif etmişdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR