Milli komanda Fransada Premyer Liqada çıxış edəcək

Milli komanda Fransada Premyer Liqada çıxış edəcək

Karate üzrə böyüklərdən ibarət milli komandamız 24 - 26 yanvar tarixlərində Fransanın paytaxtı Parisdə 2020-ci il mövsümünün ilk Karate1 Premyer Liqa turnirində iştirak edəcək. 

Sport7.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi heyətdə 12 idmançımız və 3 nəfərlik kata komandası yer alıb. 

Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəttin Kandaz və böyük məşqçilər Şahin Xudaverdiyevlə Rəşad Hüseynov, eləcə də qadınlar milli komandasının baş məşqçisi Denis Morozovun rəhbərliyi altında yarışda Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevin (komanda) yarışda çıxış etməsinə üstünlük verib. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının Paris mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da olacaq.

Fransadakı turnirdə 92 ölkədən 703 karateçi yarışacaq. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları da qazanacaqlar. Parisdə həmçinin ötən mövsümün yekununa əsasən fərqlənən karateçilərə "Grand Winners" mükafatları təqdim olunacaq. Mükafatçılar arasında məşhur Azərbaycan idmançılarıi Rafael Ağayevlə (-75 kq) İrina Zaretska (-68 kq) da var.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR