Milli komandamız Sloveniyaya qalib gəldi

Milli komandamız Sloveniyaya qalib gəldi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. 

Sport7.az xəbər verir ki, Sloveniyada Avropa çempionatına hazırlaşan komandamız yerli yığma ilə üz-üzə gəlib. 

Görüş Covanni Kapraranın yetirmələrinin qələbəsi ilə başa çatıb. Millimiz rəqibini 3:0 (25:22, 25:19, 25:20) hesabı ilə məğlub edib. 

Daha bir sınaq matçı keçirməyi planlaşdıran voleybolçularımız avqustun 21-də Avropa çempionatı üçün Macarıstanın paytaxtı Budapeştə yollanacaqlar. 

Qeyd edək ki, italiyalı Covanni Kapraranın baş məşqçisi olduğu Azərbaycan millisi avqustun 23-də başlayacaq Avropa çempionatında C qrupunda yer alıb. Voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya ilə üz-üzə gələcəklər. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR