Milli Qəhrəman Mübariz İbrahimov Rusiyada belə anıldı

Milli Qəhrəman Mübariz İbrahimov Rusiyada belə anıldı

Rusiyanın Tula vilayətində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb.

Bu barədə Sport7.az-a  Rusiya azərbaycanlıları İttifaqı (RAİ) və Ümumdünya Azərbaycan Mədəniyyəti Fondunun (ÜAMF)-nun mətbuat xidmətindən məlumat veriblər.

Fevralın 7 də Rusiya azərbaycanlıları İttifaqı (RAİ) və Ümumdünya Azərbaycan Mədəniyyəti Fondunun (ÜAMF) prezidenti Fizuli Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya regionlarına səfər proqramı çərçivəsində Tula vilayətindəki "Mübariz" döyüşçü-idman klubunu ziyarət edib.

Xatırladaq ki, 8 noyabr 2019 cu ildə Fizuli Məmmədovun təsis etdiyi məhdud məsuliyyətli cəmiyyət olan "Mübariz” döyüşçü idman klubu hüquqi şəxs olaraq Rusiya Federasiyasının Vahid Dövlət Reestrinə daxil edilib. Klubun Tula şəhərində açılan ilk zalında boks üzrə Rusiyanın əməkdar idman ustasi Xalid Rzayevin başçılığı altında hazırda 35 nəfər məşq edir.

Görüş zamanı Fizuli Məmmədov klubun aylıq icarə haqqını öhdəsinə götürməklə bərabər, "Mübariz" klubu üçün ayırdığı maddi vəsait sertifikatını məşqçi Xalid Rzayevə təqdim edib. "Cəsarət simvolu olan Mübarizin adını daşımağın məsuliyyəti ikiqatdır", deyən diaspor rəhbəri, əlavə edib ki, Mübarizçilərin qələbəsi naminə hər cür dəstəyə hazırdır.

Daha sonra RAİ nin nümayəndə heyəti və yerli diaspor üzvləri Tuladakı "Döyüş qardaşlığı" abidəsini ziyarət edib, Vətən uğrunda həlak olan rusiyalılarla bərabər Mübariz İbrahimovun da xatirəsini anıblar.

Diaspor rəhbəri Fizuli Məmmədovun Tula vilayətində yaşayan həmyerlilərimizlə görüşü zamanı da Mübariz İbrahimovun qəhrəmanlığı haqda danışılıb.


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR