Milli üzvlərinin təhqir olunması Türkiyəni ayağa qaldırdı

Milli üzvlərinin təhqir olunması Türkiyəni ayağa qaldırdı

Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası təhqir olunub.

Sport7.az xəbər verir ki, "filenin sultanları” Almaniyanı məğlub etməklə Tokioda keçiriləcək olimpiya oyunlarına vəsiqə qazanıb. Voleybolçu xanımların bu uğuru Türkiyədə böyük coşqu ilə qarşılanıb.

Amma Milliyetçi Hərakat Partiyasının üzvü, Düzcə Kaynaşlı bələdiyyəsinin sədri Birol Şahin bu uğurun fonunda xanımları təhqir edib. Şahin sosial şəbəkələrdəki hesabından belə bir mesaj paylaşıb: "Allah bizə örtünməyi, vücudumuzu gizlətmək əmri verdi. Buna rəğmən onun əmrinə qarşı çıxacaqsan, bədənini açacaqsan, sonra da Tokiya gedirəm deyib sevinəcəksən. Bundan sonra dünya çempionu olsan belə nə fərqi? Müsəlman qadın ədəb və həya sahibidir. Hər işi Allah rizası üçündü. Dinimizə görə qadınlar idmanla yalnız öz aralarında məşğul ola bilər, kişilərin gözünün qabağına çılpaq çıxaraq yox".

Bələdiyyə sədrinin bu sözləri Türkiyədə böyük səs-küyə səbəb olub, böyük bir qism onu qınayıb. İnsanlar "sən idmana baxıb, qələbəyə sevinirsən, yoxsa qadınların bədəninə baxırsan?” deyə MHP üzvünü qınayıblar.

Maraqlıdı ki, MHP sədri Dövlət Baxçalı özü voleybolçu xanımlara təbrik mesajı ünvanlayıb. Partiya rəhbərliyi Birol Şahin barədə araşdırmaya aparıldığını açıqlayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR