Millidə koronavirusa kütləvi yoluxma

Millidə koronavirusa kütləvi yoluxma

Uruqvay millisində koronavirusa kütləvi yoluxma aşkarlanıb.

Sport7.az xəbər verir ki, bu haqda assosiasiyanın rəsmi saytında məlumat yer alıb. Müdafiəçi Aleksis Rolin və hücumçu Dieqo Rossinin test nəticəsi müsbət olub.

Bundan əlavə, nümayəndə heyətinin 5 üzvü infeksiyaya yoluxub.

Bir neçə gün öncə isə İspaniya "Atletiko"sunun uruqvaylı futbolçusu Luis Suaresdə koronavirus aşkarlanıb. Təcrübəli forvard bu səbəbdən Madrid təmsilçisinin növbəti oyunlarını buraxmalı olacaq.

Uruqvay millisi noyabrın 18-də dünya çempionatının seçmə mərhələ oyununda Braziliyaya 0:2 hesabı ilə uduzub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR