Millidə oynamaq üçün klubunu tərk edir

Millidə oynamaq üçün klubunu tərk edir

"Çelsi"nin müdafiəçisi Emerson Palmieri komandasını dəyişmək qərarına gəlib.

Spöort7.az xəbər verir ki, əsas heyətə düşməkdə çətinlik çəkən 26 yaşlı futbolçu London klubunu tərk etmək niyyətindədir. Gələn il keçiriləcək Avropa çempionatında İtaliya millisində yer almaq istəyən sol cinah müdafiəçisi ayrılmaq istəyini rəhbərliyə çatdırıb.
 
"Zadəganlar" onun gedişindən 25 milyon avro qazanmağı planlaşdırır. Hazırda "İnter" və "Yuventus" Emersonun xidmətində maraqlıdır.
 
Braziliya əsilli futbolçu cari mövsüm Premyer Liqanın 14 oyununda iştirak edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR