Milliləşdirilmiş idmançımızdan gümüş medal

Milliləşdirilmiş idmançımızdan gümüş medal
Badmintonçumuz Ezmi Qovimuramadhoni Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilən "Future" seriyalı "Kenya International 2019" turnirində çıxış edib.

Sport7.az xəbər verir ki, yarışın reytinq favoritlərindən sayılan Ezmi 1/16 finalda Əlcəzair badmintonçusu Sifeddin Larbaouiyə 2:0 (21-11, 21-13) hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə hindistanlı Saçin Çandra Şekara üzərində 2:0 (21-13,21-13) hesablı qələbə qazanıb. Səkkizdəbir finalda badmintonçumuz Nigeriya idmançısı Qodvin Olofuanı da 2:0 (21-13, 21-17) hesabı ilə məğlub edib.

Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən Ezmi Qovimuramadhoni ikidəbir finalda Hindistan təmsilçisi Aman Farog Sanjaya 0:2 (15:21, 16:21) hesabı ilə uduzub.
 
Sport7.az

Xəbər lenti