Millimiz Avstriyanı məğlub edib

Millimiz Avstriyanı məğlub edib
Sloveniyada Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib. 

Sport7.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Avstriya yığmasını sınağa çəkib.

Görüş Azərbaycan yığmasının asan qələbəsi ilə yekunlaşıb. İlk seti 10 top öndə bitirən qalib komanda növbəti setdə də qələbə qazanıb. Ardınca hesabı 3:0-a çatdıran milli qarşılıqlı razılığa əsasən, daha 2 hissə oynayıb. Dördüncü set də Qarayevin komandasının aktivinə yazılıb. Rəqib yalnız 15-dən oynanılan hissədə üstün olub.

Beləliklə, yığma ilk sınaq görüşünü 4:1 (25:15, 25:22, 25:20, 25:17, 10:15) hesablı qələbə ilə bitirib.

Qeyd edək ki, mayın 16-dək Mariborda təlim-məşq toplanışında olacaq Azərbaycan millisinin Sloveniya, Slovakiya və Xorvatiya ilə yoxlama oyunları da nəzərdə tutulub.
 
Sport7.az

Xəbər lenti