Millimiz Bolqarıstana uduzdu

Millimiz Bolqarıstana uduzdu

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində növbəti oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, Vаsif Tаlıbovun baş məşqçi olduğu komandanın ikinci rəqibi Bolqarıstan yığması olub.
 
Niderlandın Apeldorn şəhərində keçirilən oyun yığmanın 1:3 (23:25, 19:25, 25:21, 22:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Azərbaycan millisi ilk görüşdə meydan sahiblərinə 0:3 hesabı ilə uduzmuşdu.
 
Qeyd edək ki, Azərbaycan millisi qrupda sonuncu qarşılaşmasını yanvarın 10-da Polşa kollektivinə qarşı keçirəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR