Millimiz Braziliya komandasını məğlub etdi

Millimiz Braziliya komandasını məğlub etdi

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlaşan voleybol üzrə qadınlardan ibarət milli komandamız məşqlərini Braziliyada davam etdirir.

Sport7.az xəbər verir ki, iyulun 24-dən bu ölkəyə gələn komandamız təlim-məşq toplanışı çərçivəsində yerli komandalardan biri ilə yoldaşlıq oyunu keçirib. Covanni Kapraranın rəhbərliyi ilə yığmamız Braziliyanın "Esporte Pinheiros" klubu ilə hazırlıq matçı keçirib.

Qarşılaşma gərgin mübarizə şəraitində keçib. Millimiz bu görüşdə yerli komandaya 3:2 hesabı ilə qalib gəlib.
 
Olimpiya Oyunlarının seçmə mərhələsinin oyunları 1-3 avqust tarixlərində keçiriləcək. Millimiz meydan sahibi Braziliya ilə yanaşı, Dominikan Respublikası və Kamerunla eyni qrupda mübarizə aparacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR