Millimiz FİFA reytinqində irəlilədi

Millimiz FİFA reytinqində irəlilədi

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Sport7.az xəbər verir ki, millətlər Liqasında keçirdiyi iki matç millimizin cədvəldəki mövqeyinə də təsir edib. Evdə Lüksemburqa 1:2 hesabı ilə uduzan, səfərdə Kiprə 1:0 hesabı ilə qalib gələn Canni de Byazini yetirmələri 1179 xalla dünyanın 112-ci komandasıdır.

Bu mövqeni Nigerlə bölüşən yığmamız ötən reytinqlə müqayisədə aktivini 2 xal artıraraq 2 pillə irəliləyib. 
 
Siyahının 1-ci pilləsində 1773 xala malik Belçika qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR