Millimiz qapısından top buraxmadan UEFA turnirinin qalibi oldu - TAM OYUN+FOTO

Millimiz qapısından top buraxmadan UEFA turnirinin qalibi oldu - TAM OYUN+FOTO

19 yaşadək qızlardan ibarət yığmamız (U-19) Qazaxıstanın Şımkənd şəhərində təşkil olunmuş UEFA-nın inkişaf turnirinin qalibi olub.
 
Sport7.az xəbər verir ki, futbolçularımız bu gün turnirdə keçirdiyi son oyunda Qazaxıstanın 2-ci - U-17 komandasına 7:0 hesabı ilə qalib gəlib.

Yaiza Releya 5, Kristina Bakarandze isə 1 dəfə rəqib qapısına yol tapıb. 1 qolu isə qazaxıstanlı futbolçular öz qapısından keçirib. Qrupun digər görüşündə isə Qazaxıstan Estoniyanı 5:0 hesabı ilə məğlub edib.

AZƏRBAYCAN - Qazaxıstan U-17 7:0 (5:0)
Qollar: Releya, 21; 28; 39; 44; 60; Bakarandze, 34; Kocəhməd, 53 (avtoqol)
Vərəqələr: Saydulla, 36; Vahidova, 41 (hər ikisi Qazaxıstan)
Hakimlər: Y.Medevedeva, A.Ualiyeva, A.Abjan (hər üçü Qazaxıstan)
19 iyun. Şımkənd. "Namus" stadionu. 200 tamaşaçı

Turnir cədvəli
1. AZƏRBAYCAN 3 3 0 0 12-0 9
2. Qazaxıstan 3 1 1 1 8-5 4
3. Estoniya 3 1 0 2 2-9 3
4. Qazaxıstan-2 3 0 1 2 4-12 1 

Xatırladaq ki, yığmamız turnirdəki ilk oyununda Qazaxıstan komandasına 2:0, 2-ci qarşılaşmada isə Estoniya yığmasına 3:0 hesabı ilə qalib gəlmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR