Millimiz Serbiyaya uduzdu - YENİLƏNDİ

Millimiz Serbiyaya uduzdu - YENİLƏNDİ
19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VII qrupunda II turun oyunları keçiriləcək.
 
Sport7.az xəbər verir ki, İrlandiyada mübarizə aparan qrupda çıxış edən Azərbaycan yığması Serbiya ilə görüşəcək.
 
Komandamız qalib gəlsə, top fərqindən asılı olaraq liderliyi də ələ keçirə bilər.
 
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyun Ueksforddəki "Ferrikarriq Park” stadionunda baş tutacaq.
 
19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi
VII qrup
 
II tur, 7 oktyabr
18:00. Serbiya – Azərbaycan 4:1
Qollar: Yovanoviç, 36, 52, Terziç, 73, Maksimoviç, 83 - Həziyev, 90
Hakim: Ferens Karako (Macarıstan)
Ueksford. "Ferrikarriq Park” stadionu
 
22:00. İrlandiya - Kipr 5:0
Hakim: Alen Duro (Lüksemburq)
Uoterford. Regional İdman Mərkəzi
 
Sport7.az

Xəbər lenti