Millimiz təlim-məşq toplanışını Zaqatalada keçəcək

Millimiz təlim-məşq toplanışını Zaqatalada keçəcək

Azərbaycan Boccia İdman Federasiyasının idmançıları təlim-məşq toplantısında iştirak edirlər.

Sport7.az xəbər verir ki, boccia idman növü üzrə milli komandanın üzvləri ölkəmizdə yayılan koronavirus (COVID-19) pandemiyası ilə bağlı bir neçə ay ev şəraitində məşqlərini davam edirdi. İdmançıların fiziki hazırlıqlarını artırmaq məqsədilə 10 – 19 avqust 2020-ci il tarixlərində Boccia idman növü üzrə komanda 18 nəfərlik heyətlə Zaqatala Olimpiya İdman Kompleksində açıq hava şəraitində təlim-məşq toplasında iştirak edəcək.
 
Təlim-məşq toplantısı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli Paralimpiya Komitəsinin dəstəyi ilə keçirilir.
 
Təlim-məşq toplantısı zamanı komanda üzvləri sosial məsafə və digər karantin qaydalarına məsuliyyətlə riayət edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR