Millimiz Tokio-2020-nin təsnifat turnirindəki üçüncü matçından da məğlub ayrıldı

Millimiz Tokio-2020-nin təsnifat turnirindəki üçüncü matçından da məğlub ayrıldı

Qadın voleybolçuların Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində mübarizə davam edir.

Bu gün qrup mərhələsinə yekun vurulub. Azərbaycan millisi sonuncu matçını Polşa kollektivinə qarşı keçirib. Voleybolçularımız ilk iki görüşdən məğlub ayrıldıqları üçün bu oyun təsəlli xarakteri daşıyırdı.
 
Qarşılaşma Polşanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın üzvü Yelizaveta Səmədova 14 xalla matçın ən məhsuldar oyunçusu olub. Beləliklə, Azərbaycan millisi təsnifat turnirini qrup sonuncusu kimi tamamlayıb.


Tokio-2020-nin təsnifat turniri

Apeldorn, Hollandiya

Qrup mərhələsi

3-cü tur

Polşa - Azərbaycan - 3:0 (25:19, 25:19, 25:23)

Turnir cədvəli: 1. Polşa (9), 2. Niderland (6), 3. Bolqarıstan (3), 4. Azərbaycan (0).


Təsnifat turniri yanvarın 12-nə kimi davam edəcək. Yekunda sadəcə qalib yığma Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR