Millimiz Tovuzda qələbə qazanıb

Millimiz Tovuzda qələbə qazanıb

Tovuzda "Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, "Turan Tovuz”la oyun millimizin 2:0 hesablı qələbəsilə başa çatıb. U-17-nin qollarını Nahid Əliyevə və Sənan Ağalarov vurub.
 
Millimiz hazırlıq çərçivəsində növbəti oyununu fevralın 28-də "Qəbələ”nin U-19 komandasına qarşı keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR