Millimiz Ukraynaya yollandı

Millimiz Ukraynaya yollandı
Ağır atletika üzrə qadınlar və kişilərdən ibarət yığma komandalarımızın üzvləri bu il üçün ölkə xaricindəki ilk təlim-məşq toplanışına yollanıblar.
 
Sport7.az xəbər verir ki, atletlərimiz fevralın 5-23-ü aralığında Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərində hazırlıq keçəcəklər.
 
Komandanın bu toplanışında məqsəd yarışlara daha intensiv və səmərəli hazırlıq, fərqli iqlim və məşq şəraitində sınaqdan keçirilməkdir.
 
Sport7.az

Xəbər lenti