Millimiz və

Millimiz və "Qəbələ" üçün uğursuz hakim "Qarabağ"ın oyununda

Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək "Qarabağ" - "Sevilya" oyununa təyinatlar açıqlanıb. UEFA matçı ukraynalı Yevgeni Aranovskiyə tapşırıb.
 
Sport7.az xəbər verir ki, 42 yaşlı referi Azərbaycan futbolu üçün tanış simadı. Belə ki, o, indiyədək əsas millimizin və "Qəbələ"nin oyununu idarə edib.

Aranovski ilk dəfə "AVRO-2016"nın seçmə mərhələsi çərçivəsində Azərbaycan - Norveç oyununa təyinat alıb. 16 noyabr 2014-cü ildə "Bakcell Arena"da keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Referi bu oyunda millimizdən Elvin Yunuszadə və Dmitri Nazarova, rəqibdən isə 3 futbolçuya sarı vərəqə göstərib.

Ukraynalı hakim 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsinin "Qəbələ" - "Anderlext" oyununda da ədaləti qoruyub. Bu görüşdə də qonaqlar qələbə qazanıb - 3:1. "Qəbələ"nin qoluna Aranovskinin 15-ci dəqiqədə təyin etdiyi penaltini dəqiq yerinə yetirən Rikardinyo imza atıb. Referi 74-cü dəqiqədə "Anderlext"in qapısına daha bir penalti təyin edib. Amma Rikardinyo bu dəfə dəqiq oynamayıb.
 
Baş hakim matçın 63-88-ci dəqiqələrdə sarı vərəqə göstərdiyi Rəşad Eyubovu meydandan qovub. Aranovski "Anderlext"in 3 futbolçusuna da sarı vərəqə göstərib.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR