Millimiz Xorvatiya yığmasına qalib gəlib

Millimiz Xorvatiya yığmasına qalib gəlib
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Sloveniyada hazırlıqları davam etdirir.

Sport7.az xəbər verir ki, komandamız təlim-məşq toplanışı çərçivəsində Xorvatiya millisi ilə yoldaşlıq görüşü keçirib.

Faiq Qarayevin yetirmələri rəqibinə hər üç setdə qalib gəliblər - 3:0 (25:14, 25:19, 25:16).

Qeyd edək ki, millimiz bu il sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək voleybol üzrə dünya çempionatına hazırlaşır.
 
Sport7.az

Xəbər lenti