Millimiz yenə uduzdu – 0:3 “alın yazısı”

Millimiz yenə uduzdu – 0:3 “alın yazısı”

Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, Xomutov şəhərində Çexiya yığması ilə qarşılaşan komanda 0:3 hesabı ilə məğlub olub. Hesabı 27-ci dəqiqədə Klara Kahinova açıb. 52-ci dəqiqədə Tereza Krejçirikova fərqi artırıb. Tereza Şeveçkova isə 64-cü dəqiqədə yekun nəticəni müəyyənləşdirib.
 
Qrupun digər oyununda Polşa səfərdə Moldovanı eyni hesabla yenib.
 
Bu nəticələrdən sonra Polşa 7 oyundan 14 xalla liderliyə yüksəlib. İspaniya 5, Çexiya 7 oyundan 13 xalla 2-3-cü yerləri bölüşür. Moldova 5 matçdan 3 xalla 4-cü yerdə gedirsə, 6 qarşılaşmasının hamısından məğlub ayrılan Azərbaycan yığması sonuncudur.

Maraqlıdı ki, millimiz bundan əvvəlki oyunda Polşaya da eyni hesabla uduzmuşdu. Qapısından 22 top buraxan komandamız cəmi bir qolun müəllifidi. Həmin qolu Moldovaya 1:3 hesabıyla uduzduğumuz oyunda vurmuşuq.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR