Millimizə bu gün baş məşqçi təyin ediləcək - AFFA açıqladı

Millimizə bu gün baş məşqçi təyin ediləcək - AFFA açıqladı
Bu gün AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında qurum İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Sport7.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 18:00-da başlayacaq iclasın gündəliyinə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi, aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi və digər məsələlər daxildir. 
 
İclasdan sonra mətbuat üçün brifinq nəzərdə tutulmayıb. Qəbul olunacaq qərarlarla bağlı fevralın 12-də, saat 11:30-da, Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, A milli komandaya əsas namizəd xorvatiyalı Nikola Yurçeviçdir.
 
Sport7.az

Xəbər lenti