Millimizin Avropa Oyunlarında debütü uğursuz alındı - FOTOLAR

Millimizin Avropa Oyunlarında debütü uğursuz alındı - FOTOLAR
Avropa Oyunlarında dünən çimərlik futbolu üzrə yarışlara start verilib. 

Sport7.az xəbər verir ki, milli komandamız yer aldığı A qrupunda ilk oyununu keçirib. 

Ukrayna millisi ilə qarşılaşan komandamız 1:3 hesabı ilə məğlub olub. Qrupun digər oyununda favoritlərdən olan Portuqaliya İsveçrəni 6:5 hesabı ilə məğlubiyyətə uğradıb.

Ukrayna - AZƏRBAYCAN 3:1
Qollar: Zberovski, 03:48 (I period); Korniyçuk 02:57; 07:44 (hər 2 qol II period); Allahquliyev, 10:35 (II period)
Vərəqə: Zeynalov 09:30 (III period)
Hakimlər: Laurinas Arzuolaytis (Litva), Aqo Kartmann (Almaniya), Mixail Proxarov (Belarus)
Vaxtsaxlayan: Yeliz Topaloğlu (Türkiyə)

Ukrayna: 12. Vladimir Qladçenko, 7. İqor Borsuk (k), 8. Roman Paçev, 9. Oleq Zberovski, 10. Dmitri Medved
Ehtiyat oyunçular: 1. Vitali Sidorenko, 5. Viktor Panteleyçuk, 6. Aleksandr Korniyçuk, 14. Konstantin Andreyev, 17. Oleq Budzko, 18. Aleksey İlliçov
Baş məşqçi: Yevgeni Varenitsya

AZƏRBAYCAN: 12. Vaqif Şirinbəyov, 8. Renat Sultanov, 11. Orxan Məmmədov, 17. Sabir Allahquliyev, 21. Amid Nəzərov
Ehtiyat oyunçular: 1. Emin Kürdov (k), 2. Elvin Quliyev, 3. Vüsal İsmayılov, 7. Zeynal Zeynalov, 10. Hikmət Bağırov, 14. Asif Zeynalov, 20. Ramil Əliyev
Baş məşqçi: Migel Ze

24 iyun. Bakı. Bilgəh Çimərlik Arenası

Qeyd edək ki, millimiz bu gün saat 20:30-da İsveçrə yığması ilə qarşılaşacaq.

Sport7.az

Xəbər lenti