Millimizin baş məşqçisi:

Millimizin baş məşqçisi: "Çalışacağıq ki, bizi dəstəkləyən azarkeşlərə gözəl oyun göstərək"

Voleybol üzrə kişilərdən ibarət Milli komandanın baş məşqçisi Fərid Cəlalov qarşıdakı planlarla bağlı danışıb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "İlk oyunumuz Azərbaycanda keçiriləcək, rəqibimiz Rumıniya millisi olacaq. Avropa Liqasına hazırlıq ərəfəsində Gürcüstan komandası ilə bir neçə yoldaşlıq görüşü keçirmişdik. Yoldaşlıq görüşlərində bütün oyunçularımıza öz oyunlarını göstərmələri üçün şans verilmişdir. Bəzi oyunçularımızda son 10-15 gündür ki, milli komandanın düşərgəsinə gəliblər. Rumıniya ilə oyunu ikinci oyun qurucu Tural Həsənli ilə oynayacağıq. Aleksey Çervyakov dizində keçirdiyi əməliyyata görə növbəti oyunlarda komandamıza kömək edə biləcək. Oyun haqqında öncədən danışmaq istəməzdim, yalnız onu deyə bilərəm ki, Avropa Liqası zamanı çalışacağıq ki, bizi dəstəkləyən azarkeşlərə gözəl oyun göstərək".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR