Millimizin çalışdırıcısı:

Millimizin çalışdırıcısı: "Bir oyun qurucu ilə oynamaq çətindir"

Gümüş Avropa Liqasında Gürcüstan yığması ilə qarşılaşan kişilərdən ibarət voleybol üzrə millimizin baş məşqçisi Fərid Cəlalov və oyunçusu Tural Həsənli fikirlərini bildirib.

Sport7.az xəbər verir ki, mütəxəssis və yığmamızın üzvü açıqlamalarında bunları söyləyib:

Fərid Calalov: "Gümüş Avropa Liqasında yalnız Gürcüstan Millisi ilə görüşlərdə qalib gəldik. Gürcüstan komandası gənc komandadır. Biz onlarla müqayisədə daha təcrübəliyik. Danimarka və Rumıniya yığmaları da qalib gələ biləcəyimiz rəqiblər idi. Rumıniyadakı oyunda qələbəyə çox yaxın idik, IV hissəni qalib gələ bilərdik. Qələbə qazansaydıq bu komandamız üçün böyük ruh yüksəkliyi olardı. Doğrudur bu gün qalib gəldik amma məğlubiyyətlərimizin səbəblərini bir daha qeyd etmək istəyərdim, bir oyun qurucu ilə oynamaq çətindir. Növbəti rəqibimiz Danimarka Millisidir. İnanıram ki, öz meydançamızda səfərdəki oyunumuzdan daha yaxşı oynayacağıq". 

Tural Həsənli: "Gürcüstan gənc oyunçuları olan bir komandadır. Gürcüstan millisinə qarşı hər iki oyunda qalib gəldik. Doğrusu bütün oyunlarda qalib gəlmək və finala vəsiqə qazanmaq istəyirdik. Gördüyünüz kimi bu il bunu edə bilmədik. Aleksey Çervyakov zədəli olduğu üçün bu oyunlarda komandamıza kömək edə bilmədi, mən də əlimdən gəldiyi qədər yaxşı oynamağa çalışdım və yenə də çalışacağam. Son oyunlarımız çətin oldu. Rumıniya komandasına səfərdə məğlub olsaq da, rəqib meydançasında rəqibimizdən 1 set ala bildik. Danimarka yığmasına da 3-0 hesabı ilə məğlub olduq, amma cavab oyununda, Bakıda çalışacağıq ki, qalib gələk".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR