Millimizin futbolçusu ABŞ-da rəmzi yığmada

Millimizin futbolçusu ABŞ-da rəmzi yığmada

Millimizin futbolçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) həftənin komandasında düşüb. 

Sport7.az xəbər verir ki, "Finiks Rayzinq"in formasını geyinən 29 yaşlı hücumçu buna 12-ci turda "Las-Veqas Layts"la matçdakı oyununa görə nail olub. Dadaşov 5:1 hesabı ilə qələbə qazandıqları matçda 2 qol vurub və məhsuldar ötürmə ilə yadda qalıb. 

Hazırda "Finiks Rayzinq" 12 oyundan sonra 26 xalla B qrupunda liderdir. 

Aktivində 10 qol olan Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmamışdı. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR