Millimizin futbolçusu

Millimizin futbolçusu "Keşlə"dən gedir

"Keşlə" daha bir futbolçusu ilə yollarını ayıra bilər. 

Sport7.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin paytaxt təmsilçisindəki durumu qeyri-müəyyəndir. 

Klub rəhbərliyi ilə 25 yaşlı yarımmüdafiəçinin ilk görüşü müsbət yekunlaşmayıb. Tərəflər madiyyət məsələsində razılığa gələ bilməyiblər. Halbuki "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov İsgəndərlini heyətində görmək istəyir. 

Yarımmüdafiəçinin klubdakı taleyinə 1-2 gün ərzində aydınlıq gələcək. 

Qeyd edək ki, "Keşlə" daha öncə kapitanı Slavik Alxasov, hücumçu Ruslan Qurbanov və müdafiəçi Cabir Əmirli ilə vidalaşıb. Vüsal İsgəndərli 2019/2020 mövsümünün əvvəlindən "Keşlə"də çıxış edir. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR