Millimizin futbolçusu "Qalatasaray"da

Millimizin futbolçusu
"Qalatasaray" növbəti transferini həyata keçirib. 
 
Sport7.az xəbər verir ki, İstanbul klubu 17 yaşlılardan ibarət millimizin və "Altınordu"nun üzvü Mutlu Aksu Doğanı heyətinə qatıb.
 
Gənc yarımmüdafiəçi ilk olaraq "Qalatasaray"ın U-21 komandasının heyətində çıxış edəcək. Qış fasiləsindən sonra  isə o, əsas heyətlə məşq edəcək.

Qeyd edək ki, bu keçidə görə İstanbul təmsilçisi "Altınordu"ya təzminat ödəməyib. Lakin "Qalatasaray" onu başqa kluba satarsa, məbləğin 50 faizi İzmir klubuna ödəyəcək.
 
Sport7.az

Xəbər lenti