Millimizin futbolçusu

Millimizin futbolçusu "uğursuzlar" siyahısında

İspaniyanın "Eybar" klubunun 2014-cü ildən bəri ən uğursuz transferləri sırasında millimizin futbolçusu Eddi İsrafilov da yer alıb
 
Sport7.az xəbər verir ki, bu barədə "Mundodeportivo" nəşri məlumat yayıb. 
 
2015-ci ildə "Mursiya"dan icarə əsasında "Eybar"a keçən 28 yaşlı yarımmüdafiəçi həmin dönəmin ən uğursuz üç trasferindən biri olub. 

Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ilin avqustundan, İspaniya Sequndasında çıxış edən "Albasete"nin formasını geyinir. "Eybar" isə La Liqada 27 oyundan sonra 27 xalla 16-cı pillədə qərarlaşıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR