Millimizin futzalçısı:

Millimizin futzalçısı: "Komandanın qarşısına konkret tapşırıq qoyulub"

Bu gün Bakı İdman Sarayında dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisinin futzalçısı Xətai Bağırovun brifinqi keçirilib.
 
Sport7.az xəbər verir ki, millimizin əsas üzvlərindən olan Bağırov komandanın mətbuat üçün açıq məşqindən əvvəl jurnalistlərin suallarını cavablandırıb: "Toplanış çərçivəsində ikinci məşqimizi keçiririk. Hazırlıq prosesində baş məşqçi rəqiblərimizə qarşı necə oynayacağımızı məşq etdirir. Komandanın qarşısına konkret tapşırıq qoyulub.

"Araz”la UEFA Çempionlar Liqası turnirindəki nəticələrimiz yaxşı olmadı. Turniri 5-6 meydan oyunçusu ilə keçirdik. Dörd gün ərzində ardıcıl 3 oyun keçirdiyimizə görə, yorğunluq var idi. Bakıya döndükdən sonra 3 gün istirahət etdik. İndi hər şey qaydasındadır. Rəqiblərimizdən Slovakiya və Moldova ilə əvvəlki illərdə qarşılaşmışıq, uğurlu nəticələrimiz olub. Bu dəfə doğma meydanda, azarkeşlərimiz qarşısında oynayacağıq. Əlbəttə, yaxşı nəticə qazanmalıyıq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR