Millimizin gücü cırtdanlara çatdı - YENİLƏNDİ

Millimizin gücü cırtdanlara çatdı - YENİLƏNDİ

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, buna qədər Çexiyaya 0:4, Norveçə isə 0:1 hesabı ilə məğlub olan və növbəti mərhələyə yüksəlmək şanslarını itirən Samir Əliyevin komandası son görüşdə San Marino ilə qarşılaşıb.
 
Matç Rüfət Abdullazadə və Tural Bayramovunun qolları sayəsində yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
19 yaşlılar arasında Avropa çempionatı
 
İlkin seçmə mərhələ 
 
17.00. San Marino U-19 - Azərbaycan U-19 0:2
(Rüfət Abdullazadə, 22, Tural Bayramov, 50)
 
San Marino: 1. Edoardo Colombo, 2. Simone Franciosi, 4. Thomas Rastelli, 5. Filippo Fabbri, 6. Alberto Tomassini, 9. Paco Piscaglia, 10. Elia Ciacci, 11. Andrea Kontadini, 14. Giacomo Valentini (k), 16. Giacomo Matteoni, 20. Romain Monon
Ehtiyat oyunçular: 12. Achille Terenze, 7. Edoardo Kasali, 8. Francesko Qessaroli, 13. Filippo Santi, 15. Manuel De Biagi, 17. Aleks Qrassi, 18. Lorenzo Pasquinelli, 19. Nikola Karlini
Baş məşqçi: Pietro Rossi
 
Azərbaycan: 22. Ayxan Arazlı, 4. Şahin Sahan Muersel, 5. Xəyal Muradov,7. Samir Qurbanov, 8. Təbriz İsazadə, 9. Musa Qurbanlı, 10. Turan Vəlizadə (k), 15. Nihad Qurbanlı, 18. Emre Kaplan, 19. Veysəl Rzayev, 20. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 12. Əkbər Vəliyev, 2. Elnur İbrahimov, 3. Murad Məmmədov, 6. İdris İnqilablı, 11. Tural Bayramov, 14. Ədilxan Qarəhmədov, 16. Nihad Quliyev, 17. Əli Mürsəlov, 21. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Samir Əliyev

Hakimlər: Alan Mario Sant, Luke Portelli (hər ikisi Malta), Radim Dresler, Jan Petrik (hər ikisi Çexiya)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR