Millimizin heyəti açıqlandı - Xorvatiya və Litva ilə oyunlar üçün

Millimizin heyəti açıqlandı - Xorvatiya və Litva ilə oyunlar üçün

Azərbaycan milli komandasının Xorvatiyaya qarşı 2020-ci il Avropa çempionatının seçmə qrup oyunu və Litva ilə keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. 

Sport7.az xəbər verir ki, yeni baş məşqçi Nikola Yurçeviç qarşıdakı görüşlərə 23 futbolçu dəvət edib. Onlardan 5-i legionerdir. Xaricdə çıxış edən oyunçulardan uzun müddət sonra Eddi İsrafilov da yığmaya çağırılıb. 

Yeni futbolçular isə Ömər Buludov, Əli Babayev və Aleksey İsayevdir.  
 

 
Qeyd edək ki, Xorvatiya ilə matç martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Martın 25-də "Bakcell Arena"da keçiriləcək yoldaşlıq görüşü isə saat 18:00-da start götürəcək.  
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR